Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

14:56 / 23.05.2020
Baxılıb: 3114

Separatçı rejimin keçirdiyi saxta "seçkilər"dən sonra bəzi erməni dairələri Rusiyanı 1921-ci il müqaviləsindən çıxmağa, qondarma rejimin müstəqilliyini tanımağa çağırış edirlər. Guya bu müqaviləni imzalamaqla Rusiya ermənilərin Azərbaycana qarşı ərazi iddialarına imkan verməmək barədə öz üzərinə öhdəlik götürüb.

Rusiyanın guya Ermənistan və Azərbaycana münasibətdə paritet əsaslarla siyasət həyata keçirmək üçün yetərli qədər resurslarının olmadığını qeyd edən ermənilər və Rusiyanın ermənipərəst dairələri strateji müttəfiq Ermənistanı Azərbaycan qarşısında öhdəliklərinə görə  bir tərəfdaş kimi qane etməməkdə ittiham edirlər. Ermənilər iddia edirlər ki, Ermənistan Sovet Sosialist Respublikası Sovet Sosialist Respublikaları İttifaqın;n (SSRİ) bir hissəsi olub və dünyada heç bir ölkə tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Ermənistan və Türkiyə arasındakı hazırda mövcud olan sərhədlər keçmiş SSRİ və Türkiyənin sərhədləridir. Lakin müasir Ermənistan özünü Ermənistan SSR-in yox, 1918-1920-ci illərdə mövcud olmuş Ermənistan Respublikasının hüquqi varisi hesab etdiyi üçün, iddia edir ki, Türkiyə və Ermənistanın de-yure sərhədləri SSRİ və Türkiyə arasında bağlanmış 23 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə əsasən yox, (Rusiya SFSR, Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan və Türkiyə Böyük Millət Məclisi) ABŞ prezidenti (1913-1921) Vudro Vilsonun təklif etdiyi və Türkiyə də daxil olmaqla, Fransa, İngiltərə, İtaliya, Yaponiya kimi dövlətlərin tanıdığı və 10 avqust 1920-ci ildə imzalanmış Sevr müqaviləsinə əsasən müəyyən edilməlidir. Habelə, onlar müqaviləni bağlamış heç bir dövlətin indi mövcud olmadığını, Ermənistan SSR-in onu ratifikasiya etmədiyini və 2021-ci ildə onun müddətinin başa çatmasını əsas gətirərək Naxçıvana öz ərazi iddialarını gerçəkləşdirmək üçün Rusiyanı Qars müqaviləsindən çıxmağa, müttəfiqi Ermənistana kömək etməyə çağırırlar. Lakin ermənilərin bu iddiaları da tarixi faktları öz xeyrinə saxtalaşdırmaq cəhdindən başqa bir şey olmadığı üçün, gəlin həmin müqavilələrə yenidən nəzər salaq.

1919-cu il Paris Sülh konfransında Fransa, İngiltərə və Birləşmiş Ştatların liderləri "Avropanın xəstə adamı" adlandırdıqları Osmanlı imperiyasını tamamilə siyasi xəritədən silmək üçün bütün vasitələrdən istifadə edirdilər. Bu həm də, Konstantinopolun itirilməsi ilə heç cür barışmaq istəməyən xristian dünyasının beş yüz illik arzusunun reallaşması demək idi.

1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) "Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi" imzalandı. Müqavilə rəsmi olaraq de-yure Osmanlı imperiyasının bölüşdürülməsini, de-fakto isə Türkiyənin suverenliyini ləğv etdi. Məlum olduğu kimi, bunadək Müttəfiq dövlətlərlə Almaniya arasında Versal müqaviləsi imzalanmışdı. Eyni zamanda, Fransa, Böyük Britaniya və İtaliya öz aralarında gizli "Üç tərəfli müqavilə" imzaladılar. 15 aydan çox davam edən açıq danışıqlar isə Paris Sülh Konfransında və London konfransında davam etdirilərək, 1920-ci ilin aprelində San-Remo konfransı ilə yekunlaşdı. Lakin hələ 1915-ci ildə Antanta dövlətləri Osmanlı imperiyasının bölüşdürülməsi planı ətrafında məxfi danışıqlar aparırdılar. Müttəfiqlərin öz planlarını həyata keçirməsinə ən böyük maneə isə Mustafa Kamal Atatürkün başçılığı ilə Türk xalqının apardığı İstiqlal savaşı idi. Məhz Türkiyənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit edən Sevr müqaviləsi M.K.Atatürk tərəfindən tanınmayaraq, onun 1923-cü ildə Lozanna Müqaviləsi ilə əvəz olunmasına səbəb oldu.

Sevr müqaviləsi Sultan VI Mehmetin dövründə imzalansa da, 1920-ci il martın 18-də ingilislərin İstanbulu işğal etdiyi dövrdə ləğv edildi və əslində heç zaman Osmanlı imperiyası tərəfindən ratifikasiya belə edilməmişdir.

Bundan başqa, I Dünya müharibəsindəki müttəfiqlərdən ABŞ və Rusiya bu müqaviləni imzalamışlar, ABŞ Senatı V.Vilsonun Ermənistan üzərində mandat əldə etmək təklifini rədd etdikdən sonra isə Birləşmiş Ştatlar bu məsələdə müəyyən qədər kənar müşahidəçi qismində çıxış etməyə üçtünlük verdi. Bolşevik Rusiyası 1917-ci ildə Osmanlı İmperiyası ilə Brest-Litovsk müqaviləsini imzalayaraq, 1877-1878-ci illərdəki Rus-Türk müharibəsi zamanı Rusiyanın işğal etdiyi Ərdəhan, Qars və Batumu Tələt paşanın israrları nəticəsində yenidən türklərə qaytarmağa razılıq verdi.

Sevr müqaviləsinin şərtlərinə əsasən, Türkiyə Mesopotamiya (İraq) və Suriya (Suriya, Livan, Fransiordiya və Fələstin) üzərindəki Britaniya və Fransa protektoratlığını qəbul etdi, Hicaz və Yəmənin müstəqilliyini tanıdı, Kürdüstana muxtariyyət verməyə (Diyarbəkir əyaləti və Van əyalətinin cənub hissəsi), İzmiri Yunanıstana, Bitlis, Ərzurum və Van əyalətinin şimal hissəsini Ermənistana güzəştə getməyə məcbur oldu. Üstəlik, Trabzon vilayətinin şərq hissəsi Ermənistan və Gürcüstan arasında bölünməli idi ki, bu da ermənilərə Qara dənizə çıxış imkanı yaradırdı. Boğazlar Türkiyənin olsa da, müqavilənin müəddalarına əsasən, Dardanel boğazı hərb və sülh dövrundə hansı bayraq altında üzməsindən asılı olmayaraq, bütün hərbi və ticarət gəmilərinə keçid üçün açıq olmalı idi. Bu da boğazların beynəlmilləşməsi demək idi. Bu qayda həm də Bosfor boğazına və Mərmərə dənizinə şamil olunurdu.

Müqavilədə maraq doğuran məsələlərdən biri də Ermənistana geniş ərazilərin verilməsi idi. Belə ki, ABŞ Prezidenti V.Vilsonun təklifinə əsasən, regionda Ermənistana aid olmayan, hətta erməni əhalisinin üstünlük təşkil etmədiyi bir sıra ərazilər, məsələn Qara dəniz limanı olan Trabzon onlara verilirdi. Buna görə də, bu ölkəni "Vilson Ermənistanı" adlandırırdılar. Bir zamanlar "Vilson Ermənistanı", sonra "Sovet Ermənistanı" bu gün isə Rusiyanın forpostu Ermənistan. Maraqlı müqayisədir, deyilmi? Həmişə kiminsə himayəsinə sığınan, heç zaman müstəqil olmayan Ermənistan.

Sultan VI Məhəmməd müqavilənin şərtlərini qəbul etsə də, Ankarada yaranmış Atatürk hökuməti onu qəbul etməkdən imtina etdi. Türk millətçi hökuməti bu əraziləri Yunanıstan, Gürcüstan və Ermənistana verməkdən boyun qaçırdı. Atatürk hətta bəyan etdi ki, Türkiyə zərurət yaranarsa, bütün Cənubi Qafqaz üzərində nəzarəti ələ keçirmək iqtidarındadır. Lakin Qərbi Anadolunu işğal etmiş Yunanıstandan fərqli olaraq, Ermənistan müqavilədə ona verilmiş ərazilərə nəzarət etmək iqtidarında deyildi. Öz ingilis himayədarlarının göstərdikləri böyük dəstəyə baxmayaraq, ermənilər Nizam Qarabəkir Paşanın 50 000 nəfərlik ordusu qarşısında aciz qalmışdılar. Yuxarıda qeyd etdiyimiz kimi, Mustafa Kamal Atatürkün banisi olduğu Türk Milli Azadlıq Hərəkatı müttəfiqləri yenidən danışıqlar masasına əyləşməyə məcbur etdi. Habelə ərəblər Suriyada Fransanın, Bağdadda Britaniyanın hakimiyyətini qəbul etmək istəmirdilər. Məhz Azadlıq Mübarizəsinin gedişində türklər yunan, erməni və fransız qüvvələrinə müqavimət göstərərək, 16 mart 1921-ci ildə Sovet Rusiyası ilə Moskva müqaviləsi, Fransa ilə Ankara anlaşması imzalayaraq öz beynəlxalq əlaqələrini möhkəmləndirdilər. Ədirnə müqaviləsi və Qars müqaviləsini bağlamaqla isə Türkiyə öz şərq sərhədlərini möhkəmləndirdi. Bütün bu hadisələr türklərə Antanta ölkələri ilə yenidən danışıqlara başlamağa və 1923-cü ildə Lozanna müqaviləsini imzalamağa imkan verdi.

1922-ci ilin İttifaq müqaviləsindən sonra Sovet İttifaqının tərkib hissəsinə çevrilmiş Sovet Azərbaycanı, Sovet Gürcüstanı və Sovet Ermənistanı ilə Türkiyə Böyük Millət Məclisi arasında bağlanmış Qars müqaviləsinə əsasən, 1877-1878-ci illər Rus-Türk müharibəsi zamanı Rus imperiyasının Osmanlı imperiyasından işğal etdiyi əzarilərin əksəriyyəti Türkiyəyə qaytarıldı. Müqavilə general Kazım Qarabəkir Paşa, Şərq cəbhəsi komandanı Vəli bəy, Səfir Memdu Şövkət bəy, Rus səfiri Yakov Qanetski, Azərbaycan Dövlət nəzarəti naziri Behbud Şahtaxtinski, Gürcüstanın Hərbi və Dəniz işləri naziri Şalva Eliava, Xarici işlər və Maliyyə işləri naziri Aleksandr Svanidze, Ermənistanın Xarici işlər naziri Askanaz Mravian tərəfindən imzalandı.

Müqaviləyə əsasən, Rus imperiyasının tərkibində olmuş Kutaisi qubernatorluğunun Batum rayonunun şimal hissəsi Batumi liman şəhəri ilə birlikdə Türkiyə tərəfindən Sovet İttifaqına güzəştə gedilirdi. Artvin şəhəri ilə birlikdə cənub yarısını isə Türkiyə ilhaq edirdi. Şimal yarısının Sovet Gürcüstanının tərkibində Acar Muxtar Sovet Sosialist Respublikasına çevrilərək muxtariyyət statusu əldə etməsi nəzərdə tutulurdu. Üstəlik, Batum limanı vasitəsilə Türkiyədən çıxarılan və ya bu ölkəyə gətirilən bütün mallar gömrük rüsumundan azad olunurdu.

Müqavilə Türkiyə və Ermənistanın yeni sərhədlərini Araz çayı vasitəsilə müəyyən edirdi. Sovetlər Rus imperiyasının Qars vilayətinin əksər hissələrini, o cümlədən Ağrı dağı, İqdır, Tuzluca, Qars, Ərdəhan, Otlu şəhərləri, Çıldır gölü Türkiyəyə verildi.

Müqavilə, habelə Rusiya imperiyasının keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz və Naxçıvan qəzalarından ibarət, Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-in yaradılmasını təsbit etdi. Türkiyə və Rusiyanın Naxçıvanın statusunun qarantı olmaları barədə razılığa gəlindi.

II Dünya müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına cəhd göstərdi.

1945-ci ilin iyununda SSRİ-nin Xarici işlər naziri V.Molotov Moskvadakı türk səfirinə Türkiyəyə verilmiş ərazilərin geri qaytarılması tələbi ilə müraciət etdi. Bu tələb Türkiyəni çıxılmaz vəziyyətdə qoyurdu: O, bir tərəfdən faşizm üzərində qələbədən sonra beynəlxalq nüfuzunu daha da artırmış SSRİ ilə münasibətləri korlamaq digər tərəfdən isə mübahisəli ərazilərdən əl çəkmək istəmirdi. Bəzi ingilis diplomatları hələ 1939-cu ildə SSRİ-nin Qars müqaviləsinin ləğvi məsələsini gündəmə gətirəcəyini proqnozlaşdırmışdı. Türkiyə müharibədən sonra fövqəlgüc kimi meydana çıxan Sovet İttifaqı ilə müharibəyə başlamaq istəmirdi. Artıq 1945-ci ilin payızında Qafqazdakı Sovet qoşunları Türkiyəyə hücuma başlamaq üçün əmr gözləyirdilər. Hətta Sovet iddiaları ermənilər tərəfindən II Dünya Müharibəsinin qalib dövlətlərinin liderlərinə də çatdırılmışdı. Lakin İngiltərənin baş naziri U.Çörçill buna qarşı çıxış etdi, çünki əlavə ərazilərin əldə edilməsi onsuz da müharibədən sonra nüfuzunu artırmış SSRİ-nin öz təsirini daha da möhkəmləndirməsinə təkan verə bilərdi. ABŞ Prezidenti H.Truman isə məsələnin başqa tərəflərə aidiyyəti olmamasına əsaslanaraq bitərəflik nümayiş etdirməyi üstün tutdu. Nəhayət, SSRİ Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkdi.(correct.az)

Nəzakət Məmmədova


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər