Azərbaycan - Rusiya münasibətlərinin bəzi təfərrüatları - TƏHLİL

13:57 / 06.09.2020
Baxılıb: 2502

Türk Əməkdaşlığı Təşkilatı Rossiyada yaşayan türkdilli xalqların hüquqlarının müdafiəsi məsələsini nəzərdən keçirməlidir, çünki onların vəziyyəti Çindəki uyğurların halından elə də çox fərqlənmir.

Ermənistanın son Tovuz təcavüzü ilə bağlı hadisələr, Kreml rəhbərliyinin regionda riyakar siyasət yürütdüyünü üzə çıxardı. Bizə sözdə “strateji partnyor” deyir, ölkəmizin ərazi bütövlüyünü guya tanıyır, əməldə isə işğalçı Ermənistanı gizli yollarla silahla təchiz edir. Təbii ki, bu ikiüzlü münasibət şimal qonşumuzun nüfuzuna ciddi xələl gətirməyə bilməzdi. Bəzi siyasi dairələrdə, hətta bu etibarsız, dostluğa xilaf çıxan Putin komandası ilə münasibətlərin əvvəlki, sıcaq tərzdə davam etməsinin artıq mümkün olmadığı fikrini gündəmə gətirdilər. Lakin məsələ elə də bəsit və sadə deyil...

Biz şimalda “Çin səddi” çəkib, öz qınımıza girmək siyasəti deyil, bu dövlətin çağdaş militarist - şovinist imperiya hikkəsini ifşa etməli, onun mənəvi normaları istədiyi vaxt poza bildiyini göstərməliyik. Ələlxüsus, federativ bu dövlətdə yaşayan türkdilli və müsəlman xalqların sıxışdırılması məsələsinə diqqət yetirməliyik.

Bu, çox vacib mövzudur, ancaq biz bu barədə düşünmürük, çünki Rusiyanı federativ deyil, unitar dövlət kimi təsəvvür edirik. Bəlkə də bu səbəbdən, hətta dövlətin adı Azərbaycan dilinə düz tərcümə olunmayıb. “Rusiya Federasiyası” – deyirik, bu isə “Rusların federasiyası” (Русская Федерация) mənasını verir. Lakin həmin dövlət rəsmən “Рoссийская Демократическая Федеративная Республика” adlanır. “Rossiyskaya” və “russkaya” sözləri oxşar səslənsə də, mənaları tam fərqlidir. Belə ki, Rossiya yalnız ruslardan ibarət deyil, bu coğrafiyada qədimdən çoxsaylı türk xalqları kök salıb dövlətlər yaratmışlar.

Xəzərlər, Qıpçaqlar, Qızıl Ordu – Çingizilər imperiyası, Bulqar çarlığı (müasir Tatarstan), Başkordstan, Xakasiya türk elləri, Yakutlar, Qaraçaylar, Çərkəzlər, Kabardinlər, Bolkarlar, Dərbəndin, Xasavyurtun qədim azərbaycanlı məhəllələri və s. Aşağıda bunların (rus mənbələrindən) siyahısını təqdim edirik:

Татары - 6,8 млн. Татарстан (Россия) Ислам (суннизм), христианство (православие)

Башкиры 1,7 млн. Башкортостан (Россия) Ислам (суннизм)

Чуваши 1,5 млн. Чувашия (Россия) Христианство (православие)

Кумыки 520,2 тыс. Дагестан, Северная Осетия, Чечня (Россия) Ислам (суннизм)

Крымские татары 500 тыс. Ислам (суннизм)

Якуты 482,8 тыс. Якутия (Россия) Христианство (православие), шаманизм, тенгрианство

Карачаевцы 346 тыс. Карачаево-Черкесия (Россия) Ислам (суннизм)

Тувинцы 273,1 тыс. Тыва (Россия) Тибетский буддизм, шаманизм

Балкарцы 112,9 тыс. Кабардино-Балкария (Россия) Ислам (суннизм)

Ногайцы 110 тыс. Дагестан Карачаево-Черкесия (Россия) Ислам (суннизм)

Хакасы 75 тыс. Хакасия (Россия) Христианство (православие), шаманизм, тенгрианство

Алтайцы 70,8 тыс. Республика Алтай (Россия) Бурханизм, шаманизм, христианство

Халаджи 42 тыс. Ислам (шиизм)

Долганы 15 тыс. Таймырский район (Россия) Тенгрианство, (православие)

Хотоны 11 тыс. Ислам (суннизм), тибетский буддизм

Шорцы 8 тыс. Христианство (православие), тенгрианство, шаманизм

Сибирские татары 6 тыс. (210 тыс. в составе татар) Ислам (суннизм)

Караимы 2 тыс. Караимизм

Крымчаки 1 тыс. Иудаизм

Тофалары 800 чел. Шаманизм, христианство (православие)

Чулымцы 355 чел. Христианство (православие)

Siyahıdakı ilk 12 xalq muxtar respublika səlahiyyətinə malikdir. Maraqlıdır ki, bu respublikaların ümumi coğrafi ərazisi Rossiyanın böyük bir hissəsini təşkil edir. Bura milyonlarla kv. kilometr sahəsi olan tayqa meşələri, Altay diyarının səfalı dağları, Qafqazın bütün şimal ətəkləri, o cümlədən Avropanın ən yüksək zirvəsi Elbrus, minerallar xəzinəsi - Ural dağları, geniş çöllər, əzəmətli çaylar daxildir.

Yəni respublikalar zəngin yeraltı və yerüstü sərvətlərə malikdirlər. Bunlar bu xalqların ata-baba torpaqlarıdır, ancaq sahib olduqları bu sərvətlər aborigen xalqların rifahına xidmət etmir. Sovet dövründə də, bu gün də - Kreml aşkar müstəmləkəçilik siyasəti ilə bu torpaqların hüquqi sahibi olan türk dilli xalqları bariz şəkildə istismar edir.

Bu gün Rossiyada türkdilli xalqların ümumi sayı, təxminən 10.000.000 (on milyon) ətrafındadır, lakin rus imperiyası öz hakimiyyətini bu xalqlara “ərməğan edənə” qədər, şübhəsiz ki, onların sayı qat-qat çox olub, yoxsa bu qədər böyük ərazilər həmin türkdilli xalqlara aid olmazdı. Hətta orta əsrlərdə, Çingizilər imperiyasında (Batı, Mamay, Toxtamış... xanların dövründə) ruslar bir neçə əsr türk mənşəli xaqanların hakimiyyəti altında olmuşlar.

O dövrdə tikilən və bu günə kimi qalan möhtəşəm kilsələr, monastırlar, şəhərlər sübut edir ki, türk hökmdarları fəth etdikləri ruslara qarşı ədalətli və səxavətli olub. Onlar kilsə və monastırlara geniş torpaq sahələri bəxş edirdi, ruhanilər, kilsələr vergilərdən azad olunurdu, xristian dininə hörmətlə yanaşılırdı. Lakin tarix, dövran dəyişkəndir: XVII əsrdən başlayaraq hakimiyyət rusların əlində cəmləşdi. Türk soylular indi rus çarlarının tabeliyinə keçdi və bununla onların qara günləri, Amerika hindularının aqibətinə bənzər “məxmərisoy qırımı” dövrü başlandı...

Bu anti-türk siyasət davam etdirilir. Putin iqtidarı bu yaxında Rossiya Konstitusiyasına yeni əlavə və dəyişiklər etməklə, tərkibindəki muxtar respublika və vilayətlərin hüquqi səlahiyyətlərini daha da məhdudlaşdırıb. Ruslara isə xüsusi yeni təsnifat - “dövləti formalaşdıran xalq” statusu verilir bu sənəddə. Beləliklə ölkə Federasiya adını saxlasa da, əslində sərt unitar idarəçilik formasına keçir.

Bu gün artıq Türk Əməkdaşlığı Təşkilatı Rossiyada yaşayan türkdilli xalqların hüquqlarının müdafiəsi məsələsini nəzərdən keçirməlidir. Çünki onların vəziyyəti Çindəki uyğurların halından elə də çox fərqlənmir. Türk Əməkdaşlığı Təşkilatı problemlərlə bağlı müvafiq məsələləri, lazım gəldikdə, beynəlxalq ictimaiyyət səviyyəsində qaldırmalı, Rossiyada türkdilli xalqların və müsəlmanların haqlarının müdafiəsinə diqqətlə yanaşmalıdır. İqtisadi sahədə, türkdilli xalqların yaşadıqları regionlarda əhalinin rifahına hesablanan layihələr həyata keçirmək zəruridir.

Azərbaycan Rossiya Federativ Demokratik Respublikası ilə münasibətlərini məhz yuxarıda qeyd olunan səbəblərdən bir növ “komplimentar”, yəni yumşaq tərzdə qurur. Bu, heç də “rus xofu” ilə deyil, sadəcə şimalda yerləşən, türkdilli ellərə məxsus nəhəng ərazilərdə türk varisliyini itirməmək xətrinə aparılan diplomatik strategiya ilə bağlıdır.

Nəhayət, bizim Qafqazda təbii maraqlarımız var. Unutmayaq ki, XIX əsrin ortalarınacan ta qədimdən Qafqaz “Şimala və Cənuba” bölünmürdü, o, bütöv bir Qafqaz idi – vəssalam! Və bu coğrafiyada Azərbaycanın siyasi-iqtisadi və mədəni təsiri əsrlərlə dominant rol oynayıb. Rus şairləri, Y.M.Lermontov, Bestujev – Marlinski, Qafqazda (sürgündə) olarkən Azərbaycan dilini öyrəniblər, çünki (onlar yazır) Qafqaz xalqları üçün bu, ümumi ünsiyyət dilidir. İmperiya da bilirdi ki, regionun dini-mədəni mərkəzi Azərbaycanda cəmlənir və “Bütün Qafqazın Ruhani İdarəsi” – təsisatının məhz burada yaradılması heç də təsadüfi deyildi. Yeri gəlmişkən, Böyük Vətən Müharibəsi zamanı Alman faşist orduları Qafqaza hücuma keçdikdə, Dağıstana rəhbərlik etmək Azərbaycanlı Əziz Əliyevə həvalə olunub. Yerli xalqların sovet dövlətinə etibarını möhkəmlətmək üçün bunu edirdi Stalin.

Təhlükə sovuşandan sonra isə xəyanətkarlıqla mərd və fədakar Qafqaz xalqlarını kütləvi şəkildə yurdlarından sürgün etdirdi. Dağıstanlıları bu aqibətdən Ə.Əliyev o dövrdə müdafiə edə bildi və bu yaxınlarda bu şəxsə muxtar respublikanın mərkəzində möhtəşəm heykəl – abidə qoyulması qədirbilən xalqın münasibətini əks edir. Qeyd edək ki, Putin Rossiyasında bu asan olmayıb şübhəsiz (erməni faşistlərinə heykəllərin qoyulmasından fərqli olaraq!)

SSRİ dövründə Qafqazlardakı tariximizdən qalan mirasımızı bizə unutdurmağa çalışıblar. Təbrizdə, Ərdəbildə, İranda yaşayan Azərbaycan türklərinin “acı taleyindən” göz yaşları axıdan şeirlərin yazılması təqdir edilirdi. Ancaq Dərbəndin barəsində ayrılıq mövzusunu şairlər dilə gətirə bilməzdilər; bu, ya sürgün, ya da güllələnməklə nəticələnərdi.

Biz indi müstəqil dövlətik və öz haqlarımızın bərpası siyasətimizin ana xətlərindən birini təşkil edir. Putin iqtidarı da əbədi deyil, dünyada hər şey dəyişir, yeni vəziyyətlər və fürsətlər yaranır. Rossiya bizim üçün yad bir məkan deyil, bu ölkə ilə daha sıx əməkdaşlıq etmək bizim təbii marağımıza uyğundur, sadəcə gərəkdir ki, bu dövlətin rəhbərliyində oturanlar türklərə qarşı düşmənçilik yox, əksinə bizlərlə səmimi və qarşılıqlı maraqlara əsaslanan siyasət aparmağa meyl göstərsinlər.(dominant.az)

İsmayıl Vəliyev


 
 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər